Brendfoni Çatdırılma Zəmanəti Siyasəti
Brendfoni marketplace platforması ("Brendfoni", "Platforma") vasitəsilə verilmiş sifarişlərin təhlükəsiz, düzgün və vaxtında çatdırılmasını təmin etmək üçün Çatdırılma Zəmanəti təqdim edir. Bu siyasət sifarişlərin gecikməsi, hərəkətsiz qalması və çatdırılmaması hallarında müştəriyə təqdim olunan kompensasiya və Geri ödəniş şərtlərini müəyyən edir.
1. Çatdırılma zəmanətinin əhatə dairəsi
Brendfoni sifarişlərin: düzgün ünvana çatdırılmasına; izlənilə bilən şəkildə daşınmasına; və platformada göstərilən logistika prosesinə uyğun idarə olunmasına zəmanət verir.
Çatdırılma müddəti aşağıdakı amillərdən asılı olaraq dəyişə bilər:
- Təyinat ölkəsi
- Beynəlxalq logistika müddətləri
- Gömrük yoxlamaları və prosedurları
- Rəsmi bayramlar və fors-major hallar
2. 15 gün hərəkətsizlik zəmanəti (Çatdırılma gecikməsi kompensasiyası krediti)
Əgər sifarişə aid bağlama izləmə sistemində ardıcıl 15 (on beş) təqvim günü ərzində heç bir hərəkət statusu göstərməzsə, Brendfoni tərəfindən müştərinin Brendfoni hesabına avtomatik olaraq 5 AZN məbləğində kredit balansı əlavə edilir.
- Avtomatik olaraq müştərinin platforma balansına yüklənir
- Növbəti sifarişlərdə istifadə edilə bilər
- Kreditin istifadə müddəti əlavə edildiyi tarixdən etibarən 2 (iki) ay təşkil edir
Bu kredit kompensasiya xarakterlidir və çatdırılma prosesini əvəz etmir.
3. 30 gün çatdırılmama zəmanəti (Tam geri ödəniş zəmanəti)
Əgər sifariş verilmiş məhsul sifariş tarixindən etibarən 30 (otuz) iş günü ərzində müştəriyə çatdırılmazsa, Brendfoni aşağıdakı zəmanəti təqdim edir:
- Məhsulun tam dəyəri müştəriyə geri qaytarılır
- Geri ödəniş müştərinin seçiminə uyğun olaraq ya Brendfoni balansına kredit şəklində və ya müştərinin ödəniş etdiyi bank kartına geri qaytarılır
Geri ödəniş təsdiq edildikdən sonra məhsul müştəriyə çatdırılarsa, məhsul əlavə ödəniş tələb olunmadan müştərinin istifadəsinə verilmiş hesab olunur.
4. Geri ödəniş müddəti
Geri ödəniş aşağıdakı müddətlərdə icra edilir:
- Brendfoni balansına refund – 24 saat ərzində
- Bank kartına refund – maksimum 14 (on dörd) təqvim günü ərzində
Faktiki müddət bankın daxili prosedurlarından asılı olaraq dəyişə bilər.
5. Kredit balansı ilə bağlı şərtlər
15 gün hərəkətsizlik zəmanəti çərçivəsində təqdim olunan kredit:
- Yalnız Brendfoni platformasında istifadə edilə bilər
- Nağdlaşdırıla bilməz
- Başqa hesaba köçürülə bilməz
- İstifadə müddəti bitdikdən sonra avtomatik ləğv edilə bilər
6. İstisnalar və məhdudiyyətlər
Bu zəmanət aşağıdakı hallara şamil edilmir:
- Müştəri tərəfindən təqdim edilmiş yanlış və ya natamam ünvan məlumatları
- Müştərinin sifarişi qəbul etməkdən imtina etməsi
- Gömrük tərəfindən tələb olunan əlavə sənədlərin müştəri tərəfindən təqdim edilməməsi
- Fors-major hallar (təbii fəlakətlər, müharibə, pandemiya, dövlət məhdudiyyətləri və s.)
7. Brendfoni Alıcının qorunması zəmanəti öhdəliyi
Bu siyasət Brendfoni Buyer Protection proqramının bir hissəsidir və müştərilərin sifarişlərinin qorunmasını təmin edir. Brendfoni sifarişin çatdırılmaması və ya ciddi gecikməsi hallarında müştərinin maliyyə riskini tam şəkildə öz üzərinə götürür.