Pulsuz çatdırılma! Gecikərsə, balansınıza 5 AZN qaytarılır.
Brendfoni loqosu
Qaytarma və geri ödəniş siyasəti

Brendfoni Geri Qaytarılma və Ödənişin Geri İadəsi Siyasəti

Son yenilənmə: 2026

Bu Geri Qaytarılma və Ödənişin Geri İadəsi Siyasəti (“Siyasət”) Brendfoni marketplace platforması (“Brendfoni”, “Platforma”) vasitəsilə alınmış məhsulların geri qaytarılması, sifarişin ləğvi və ödənişin geri qaytarılması qaydalarını müəyyən edir.

Brendfoni müştəri məmnuniyyətini əsas prioritet kimi qəbul edir və aşağıda göstərilən şərtlər daxilində geri qaytarılma və refund imkanı təqdim edir.

Müştəri məhsulu təhvil aldıqdan sonra yalnız aşağıdakı hallarda geri qaytarılma tələb edə bilər:

Qaytarma bu hallarda qəbul edilir

  • Müştəriyə sifariş etdiyi məhsuldan fərqli məhsul təhvil verildikdə
  • Məhsul zədələnmiş, qüsurlu və ya istifadə üçün yararsız vəziyyətdə olduqda

Qaytarma bu hallarda qəbul edilmir

  • Müştərinin şəxsi səbəblərdən məhsulu bəyənməməsi
  • Ölçü, rəng və ya model seçimində müştərinin səhvi
  • Müştəri tərəfindən istifadə edilmiş, zədələnmiş və ya dəyişdirilmiş məhsullar
  • Təhvil zamanı yoxlanılmamış və aktlaşdırılmamış zədə halları